London Vaşinqtona açıq şəkildə bildirib ki, ingilislər Amerika qoşunlarının Ukraynaya göndərilməsinin əleyhinə deyillər. "Gazeta"nın yaydığı məlumata görə, bu barədə “Politico” nəşri yazıb.
Sayt qeyd edib ki, fevralın 26-da Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Dövlət Departamentində ABŞ prezidentinin Ukrayna üzrə müşaviri Keyt Kelloqla görüşüb. Tərəflər 45 dəqiqə danışıblar.
"Lemmi və onun köməkçiləri belə qənaətə gəliblər ki, ABŞ-nin qırmızı xətti Amerika əsgərlərini Ukraynaya göndərmək sayılır", - məqalədə qeyd edilib.
Bundan əvvəl "The Wall Street Journal" Britaniya və Fransa hakimiyyət orqanlarının Ukraynaya 30 minə qədər sülhməramlı göndərmək imkanını araşdırdığını yazmışdı. Eyni zamanda, Paris və Fransa öz əsgərlərini təhdidlərdən qorumaq üçün ABŞ-nin hərbi potensialından istifadə etmək istəyir. Bu məqsədlə artıq Avropada olan Amerika hava hücumundan müdafiə sistemlərindən istifadə oluna bilər.
Tural