Ukraynanın ABŞ-dəkı səfiri Zelenskinin Trampa məktubundan danışdı

Ukraynanın ABŞ-dəkı səfiri Zelenskinin Trampa məktubundan danışdı
05 Mar 2025 13:25

ABŞ prezidenti Donald Tramp Konqresə müraciətində Ukrayna lideri Vladimir Zelenskinin məktubuna istinad edərkən onun "X" sosial şəbəkəsində olan paylaşımını nəzərdə tutub. Bunu Ukraynanın ABŞ-dəkı səfiri Oksana Markarova sosial şəbəkə hesabında yazıb. 


“Prezidentimiz Vladimir Zelenskinin xalqa mesajı prezident Donald Tramp tərəfindən oxundu və o, “Ona bu məktubu yazdığına görə təşəkkür edirəm” dedi”, - səfir qeyd edib.

Markarova həmçinin xatırladıb ki, Ukrayna tərəfi hazırda çətin vəziyyətdədir, lakin ABŞ ilə münasibətləri inkişaf etdirməyə davam edir. 

Qeyd edək ki, Zelenskinin mətbuat katibi Sergey Nikiforov da ölkə rəhbərinin Trampa məktub göndərmədiyini açıqlayıb. 

"Zelenskidən heç bir məktub göndərilməyib, Tramp sadəcə sosial şəbəkədəki bir paylaşım haqqında danışıb", – deyə Nikiforov qeyd edib.  

Bundan əvvəl, ABŞ prezidenti Tramp Konqresdə çıxışı zamanı Zelenskidən vacib bir məktub aldığını, burada Ukrayna liderinin sülh danışıqlarına hazır olduğunu bildirdiyini açıqlayıb. Zelenski isə "X"dəki paylaşımında Trampın güclü liderliyi altında işləməyə və dayanıqlı sülh əldə etməyə hazır olduğunu vurğulayıb.

O, Ağ Evin Oval kabinetində Donald Trampla yaşadığı mübahisəyə görə üzr istəməyə çalışıb. Siyasətçi baş verənlərdən peşman olduğunu qeyd edib, həmçinin mümkün qədər tez danışıqlara razı olduğunu bildirib. 

Tural


Sizin reklam burada
Sizin reklam burada