Ukrayna Müdafiə Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini yenidən bərpa ediblər.
Bu barədə DeepState monitorinq layihəsi məlumat yayıb. Xüsusilə, söhbət Rusiya Federasiyasının Kursk vilayətindəki Maxnovka bölgəsi və Ukraynanın Donetsk vilayətindəki Zelenovka ərazisindən gedir.
Bununla belə, ruslar Ternı, Dvureçnaya, Kolodyazı və Slavyanka yaxınlığında irəliləməyə nail oldular.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural