"Rusiya, Azərbaycan və Qazaxıstanda cinayət işi başlanıb"- Kamran Əliyev

"Rusiya, Azərbaycan və Qazaxıstanda cinayət işi başlanıb"- Kamran Əliyev
12:05

“Prezident İlham Əliyevin tapşırığına əsasən, bütün aidiyyəti dövlət qurumları Aktaudakı təyyarə qəzası ilə bağlı səfərbər olundular və öz üzərlərinə düşən vəzifələri yerinə yetirdilər”. 

News365.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib. 

Baş prokurorun sözlərinə görə, prokurorluq tərəfindən ölkə rəhbərliyinin göstərişi ilə cinayət işi başladıb, həm Qazaxıstan, həm də Rusiyanın aidiyyəti qurumları ilə bununla bağlı birgə araşdırma aparılır.
 
K.Əliyev qeyd edib ki, qəzaya görə Rusiya, Azərbaycan və Qazaxıstanda cinayət işi başlanıb. Hər ölkə özünə aid sahədə sübutları toplayır, sonradan bu sübutların təhlili və təqsirli şəxslərin müəyyən edilib cəlb edilməsi təmin ediləcək.