Hindistanda növbəti dəfə pələng insanlara hücum edib. Bu barədə Devdiscourse məlumat yayıb. Qeyd edilib ki, yırtıcının hücumu nəticəsində bir kişi ağır yaralanıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
"Hadisə Madhya-Pradeş ştatında baş verib. 70 yaşlı kişi mal-qara otarıb evə qayıdarkən pələng ona hücum edib. Nəticədə onu xilas etmək mümkün olmayıb. Vəziyyətdən narazı qalan kəndlilər iki məmura hücum edərək kütləvi dava yaradıblar. Nəticədə məmurlar xəsarət alıb, onların maşınlarına da ziyan dəyib. Hazırda mütəxəssislər məmurlara tibbi yardım göstərirlər", - nəşr yazıb.
Qeyd edilib ki, iğtişaş törədən 11 nəfər saxlanılıb və onlara qarşı artıq iğtişaşlar törətmək və vəzifəli şəxslərin əmlakına ziyan vurmaq ittihamı irəli sürülüb. Hazırda polis araşdırma aparır.
Tural