Ukraynanın Zaporojye vilayətində məşhur "Zaporojets" markalı avtomobillərin istehsalını bərpa etmək lazımdır. Bu barədə Regional Qanunvericilik Assambleyasının sədri Viktor Yemelyanenko TASS-a açıqlamasında məlumat verib.
“Eyni və ya digər adda müasir “Zaporojets” avtomobillərinin istehsalı Zaporojye Avtomobil Zavodunun yerləşdiyi Zaporojye şəhərinin ərazisi "azad edildikdən" sonra bərpa edilməlidir”, - deyə siyasətçi bildirib.
Viktor Yemelyanenkonun sözlərinə görə, Zaporojyedə yerləşən AvtoVAZ zavodu "Zaporojets" avtomobilləri istehsal edə bilər. Şirkət minik avtomobillərindən mikroavtobuslara qədər nəqliyyat vasitələrini yığmağa imkan verən konveyerə malikdir.
Siyasətçi onu da əlavə edib ki, yenilənmiş “Zaporojets”in adı dəyişdirilə bilər. Qeyd edək ki, Rusiya digər ərazilərlə yanaşı Zaporojyeni də zəbt edib.
Tural