Tanınmaz halda olan Meladze gizli şəkildə Rusiyaya qayıdıb - FOTO

Tanınmaz halda olan Meladze gizli şəkildə Rusiyaya qayıdıb - FOTO
10:05

Məşhur gürcü əsilli Rusiya müğənnisi Valeriy Meladze genişmiqyaslı dünya turnesinə başlamazdan əvvəl atası Şota Meladzenin atasının məzarını ziyarət etmək üçün gizli şəkildə Rusiyaya qayıdıb. Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Qeyd olunub ki, sənətçinin bütün qayıdış səfəri tam məxfilik şəraitində keçib. "O, ona və bacısına məxsus bir neçə “Mercedes” markalı yolsuzluq avtomobilləri ilə Moskva ətrafında hərəkət edib. Müğənnini mühafizə xidməti müşayiət edib. Meladze anası Nelli Meladze və digər ailə üzvləri ilə də görüşüb. Qəbiristanlıqda qohumları və mühafizəçiləri əraziyə baxış keçirənə qədər müğənni 5-7 dəqiqə maşından ayrılmayıb. O, daha sonra atasının məzarına yaxınlaşıb. Şota Meladze 2024-cü ilin yanvarında vəfat edib. KİV-in məlumatına görə, onun ölümünə koronavirus infeksiyasının nəticələri səbəb olub", - nəşr yazıb.

Paylaşımda onun qəbiristanlıqda yaşlanmış və bir qədər tanınmaz halını əks etdirən fotoları da yer alıb.

Qeyd edək ki, Meladze fevral ayında 60 illik yubileyinə həsr olunmuş böyük dünya turnesinə çıxacaq. Əvvəlcə sənətçi Avropada konsertlər verəcək, payızda isə ABŞ-yə gedəcək. Onun ilk çıxışı fevralın 28-də Bakıda olacaq. Rusiyada konsert olmayacaq. SHOT-un məlumatına görə, müğənni yalnız Rusiyada özəl tədbirlərdə çıxış etməyə hazırdır və bunun üçün 15,5 milyon rubl istəyir ki, bu da yerli sənətçilər arasında rekord məbləğdir.

Tural