Ötən il Ermənistana birtərəfli dəstək faktlarını gördük - XİN rəhbəri

Ötən il Ermənistana birtərəfli dəstək faktlarını gördük - XİN rəhbəri
13:48

ABŞ və Ermənistan arasında olan münasibətləri xüsusi olaraq şərh etmək istəməzdim. Ancaq ümumilikdə onu qeyd edə bilərəm ki, həm Amerika Birləşmiş Ştatları, demokratlar administrasiyası, eyni zamanda bir sıra Avropa paytaxtları tərəfindən 2024-cü ildə biz Ermənistana birtərəfli dəstək faktlarını gördük.

News365.az xəbər verir ki, bu sözləri bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Yadınızdadırsa, hələ ötən ilin aprel ayının 5-də bundan öncə prezidenti olmayan Amerika dövlət katibi, Avropa İttifaqı Komissiyasının prezidenti, Ermənistan baş naziri arasında görüşlər keçirilmişdir. Yenə də ona hər hansı bir izahat vermək çətin idi. Xüsusi olaraq Ermənistan-Azərbaycan normallaşma prosesinin zidd bir mərhələsində özlərini vasitəçi kimi təqdim etməyə çalışan tərəflərin belə bir qərəzli yanaşması təbii ki, qəbuledilməzdir", - nazir bildirib.

O qeyd edib ki, ümumilikdə demokratlar administrasiyası tərəfindən 2023-cü ildə bir günlük antiterror əməliyyatlarından sonra Azərbaycan dövləti öz suverenliyini bərpa etdikdən qısa bir müddət sonra azadlığa dəstək aktına 907 saylı düzəlişin qüvvəsinin dayandırılmasına dair növbəti addımların aktiv atılmaması və bununla müyyən mənada Azərbaycanı cəzalandırma niyyətləri, bir sıra qərəzli addımları gördük.