Ukrayna Silahlı Qüvvələrinin zabiti Donetsk istiqamətində cəbhə xəttinə uşaq gətirib. Bu barədə Rusiya mediasına Rusiya Silahlı Qüvvələrinin kəşfiyyat bölüyünün FPV pilotsuz uçan aparatının ekipajının rəhbəri məlumat verib.
O, iddia edib ki, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinə məxsus yolsuzluq avtomobilini komanda heyəti ilə birlikdə görüblər. Ekipaj düşmən avtomobilini məhv etmək qərarına gəlib. İki nəfər avtomobildən düşəndə fərqli mənzərə yaranıb.
Agentliyin mənbəsi xatırladır ki, sürücü maşından qaçaraq yaxınlıqda yerə yıxılıb, zabit isə maşından qucağında uşaqla çıxıb və ona yaxınlaşan pilotsuz təyyarəyə tərəf üz tutub. Dron operatoru uşağı görüb və son anda PUA-nı geri çevirə bilib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural