İranda iki qadının edamına etiraz olaraq tətilə çağırış edildi

İranda iki qadının edamına etiraz olaraq tətilə çağırış edildi
10:55

İranın Kürdüstan əyalətinin altı partiyası iki siyasi məhbus Verişe Muradi və Baharxan Əzizi barəsində çıxarılan edam hökmünə etiraz olaraq əhalini tətilə çağırıb.

News365.az xəbər verir ki, məlumatı “İran İnternational” yayıb.

Bildirilib ki, çağırışla bağlı bəyanatı imzalayanlar arasında İran Kürdüstan Demokrat, Azad Həyat (Pajak), Azadlıq partiyaları da var.

Siyasi təşkilatlar əyalətdə bazarları, ümumtəhsil mərkəzlərini, habelə fəhlələri tətilə çağırıblar.

İranın əsas bəluclar yaşayan bölgəsinin, Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin imam cüməsi Mövləvi Əbdül Hamid bildirib ki, siyasi, xüsusilə qadınların edamı təhlükəlidir və dayandırılmalıdır.

Verişe Muradi və Baharxan Əzizi “dövlətə xəyanət” maddələri ilə ittiham olunublar.