Ukrayna Ali Radasının deputatı Artem Dmitruk diqqət çəkən açıqlamalar verib. Rusiya mediasının yaydığı məlumata görə, o, özünün Telegram kanalında paylaşım edərək yazıb ki, Ukrayna tammiqyaslı münaqişə başlamazdan əvvəl Kiyevi Rusiyanı təxribata çəkməməklə bağlı xəbərdar ediblər.
Onun sözlərinə görə, ekspertlərin Kiyevin hərəkətlərinin Rusiyanı müharibəyə təhrik edəcəyi barədə xəbərdarlıq etmələrinə baxmayaraq, ölkə rəhbərliyi NATO ilə qarşılıqlı fəaliyyəti, o cümlədən birgə hərbi təlimləri intensivləşdirməyə davam edib.
Dmitruk belə hesab edir ki, Ukrayna azad və bloklara qoşulmayan dövlət olmalıdır.
“Və bütün bu natiqlər, ağıllı insanlar, siyasətçilər öz doğma analarını belə satmağa hazırdırlar...”,- xalq deputatı gileylənib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural