Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə prezident seçkilərinin keçirilməsi üçün əsas şərtini açıqlayıb.
News365.az xəbər verir ki, Zelenski bu barədə "ABC News" telekanalına müsahibəsində danışıb.
“Əgər Putin 60 günlük atəşkəsə razılıq versə, Ukraynada seçkilər keçiriləcək”, – deyə o bildirib.
Zelenski vurğulayıb ki, müharibə şəraitində seçkilərin təşkili təhlükəsizlik və qanunvericilik baxımından çətinliklər yaradır.