Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya Hərbi Hava Qüvvələrinin üç generalı və iki polkovnikinə qarşı qiyabi ittiham irəli sürüb. Onlar hərbi cinayətlərdə iştirak etməkdə ittiham olunurlar. Bu barədə SBU-nun Telegram-kanalında məlumat yayılıb.
“SBU qiyabi olaraq rus generallarının şübhəli şəxslər olması barədə məlumat verir... Bunlar Rusiya Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Sergey Dronov. Onun tabeliyində olanlar: Baş Qərargah rəisi - Rusiya Hərbi Hava Qüvvələri komandanının birinci müavini, general-mayor Sergey Meşçeryakov; Rusiya Müdafiə Nazirliyinin 929-cu Uçuş Test Mərkəzinin rəisi, general-mayor Radik Bariyev; 929-cu Mərkəzin qərargah rəisi, polkovnik Viktor Moxovikov; Rusiya Müdafiə Nazirliyinin 929-cu Mərkəzinin rəis müavini, polkovnik Maksim Stefanovdur”, - deyə xidmət qeyd edib.
SBU bildirib ki, hər beş hərbi məmur “Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq, müharibə qanunlarını və adətlərini pozma” maddəsi ilə ittiham olunur. Bu maddə mülki şəxslərə və ya mülki obyektlərə qəsdən hücumların istiqamətləndirilməsi kimi hərbi cinayətlərin törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur.
Tural