Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
11:26

Daha 30 ukraynalı uşaq Azərbaycana gətirilib.

News365.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev bildirib.

    Onun sözlərinə görə, reabilitasiya və istirahət proqramından yararlanmaq üçün İrpen, Marqanets və Odessa bölgələrindən 30 uşaq Azərbaycana gəlib.

    Diplomat xatırladıb ki, artıq 400-ə yaxın ukraynalı uşaq Azərbaycanda bu proqramıdan faydalanıb.

    Səfir bu təşəbbüsə görə Azərbaycan rəhbərliyinə və xalqına öz minnətdarlığını bildirib.


    Sizin reklam burada
    Sizin reklam burada