Ukrayna qoşunlarının Kursk vilayətində mümkün mühasirəyə alınması və onların regiondan “sıxılması” Kiyevin Moskva ilə danışıqlarda yeganə “kozırını” ona qarşı çevirəcək.
News365.az-ın məlumatına görə, bu fikirləri “RİA Novosti”nin informasiya analitiki, “Watfor” layihəsinin həmtəsisçisi Sergey Poletayev bildirib.
Qeyd edək ki, xəritədə bu gün Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən azad edilməsi barədə məlumat verilən Kursk vilayətinin yaşayış məntəqələri göstərilib.