Ukrayna münaqişəsini Hindistan həll etmək istəyir

Ukrayna münaqişəsini Hindistan həll etmək istəyir
10:23

Hindistan hakimiyyəti Ukrayna münaqişəsinin həllində müsbət rol oynamağa və bu məqsədlə həm Moskva, həm də Kiyevlə qarşılıqlı əlaqəni saxlamağa hazırdır. Bu barədə Beynəlxalq Vivekananda Fondunun direktoru Arvind Qupta Lenta.ru-ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, Hindistan tərəfinin tam hüquqlu sülh təşəbbüsü yoxdur. Lakin ölkənin baş naziri Narendra Modi bu məsələni müzakirə etmək üçün bir neçə dəfə Rusiyaya səfər edib.

"Ancaq hazırda Rusiya və Ukraynanın məsələ ilə bağlı istək və arzusu varsa, Hindistan tərəfi vasitəçi, sülhməramlı rolunu oynamağa hazırdır", - Qupta deyib.

Siyasətçi onu da əlavə edib ki, Ukrayna probleminin həlli üçün Qərbin də proseslərdə iştirakı lazımdır. O vurğulayıb ki, Avropa ölkələri danışıqlara və hərbi əməliyyatlara son qoymağa maraq göstərmir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural

Sizin reklam burada
Sizin reklam burada