ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask, Polşanın xarici işlər naziri Radoslav Sikorski və ABŞ dövlət katibi Marko Rubio arasında X sosial şəbəkəsində aparılan müzakirələr göstərdi ki, Ukraynaya yardımdan söhbət gedəndə Vaşinqton “hər şeyi ödəmir”.
Xarici KİV-in yaydığı məlumata görə, bu barədə Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi Pavel Vronski bildirib.
"Bu müzakirə Amerika ictimaiyyətini Starlink-in timsalında, konkret nümunə ilə başa saldı ki, Birləşmiş Ştatlar hər şey üçün pul ödəmir, Polşa da nələrisə ödəyir. Həmçinin Avropa da nəyisə ödəyir",- Vronski gileylənib.
Bir gün əvvəl İlon Mask Starlink rabitə sistemini “Ukrayna ordusunun onurğa sütunu” adlandırmışdı. Əgər bu sistem kəsilərsə, Ukrayna Silahlı Qüvvələrinin cəbhə xətti sadəcə dağılacaq. Milyarder münaqişəyə son qoymaq üçün ukraynalı oliqarxlara qarşı sanksiyalar təklif edib və “dalanda illərlə davam edən qırğından bezdiyini” vurğulayıb.
Bundan sonra Polşanın xarici işlər naziri Radoslav Sikorski X-də yazıb ki, ölkəsinin Rəqəmsallaşdırma Nazirliyi Ukrayna üçün Starlink üçün ildə təxminən 50 milyon dollar ödəyir və SpaceX etibarsız tədarükçü olduğunu sübut edərsə, Varşava əvəzedici şirkət axtarmağa məcbur olacaq.
Tural