Ukrayna-ABŞ danışıqlarının daha bir raundu keçiriləcək

Ukrayna-ABŞ danışıqlarının daha bir raundu keçiriləcək
24 Mar 2025 14:37

Ukrayna Prezidentinin Ofisi Ukrayna və ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçirdiyi görüşlərin yeni təfərrüatlarını açıqlayıb.

Ukrayana Prezidenti Ofisinin rəhbərinin müşaviri Sergey Leşşenko “Vahid xəbərlər” marafonunun efirində Ər-Riyadda texniki danışıqların baş tutduğunu bildirib.

"Bunlar texniki danışıqlardır. Adətən, danışıqlar bir gün çəkmir. Bəzən onlar aylar çəkir və bəzi danışıqlar, məsələn, Yaxın Şərq nizamlanması, illərdir davam edir, ona görə də mən bu danışıqların buna bərabər olmasını istəmirəm. Sadəcə, başa düşməliyik ki, görüşlər kifayət qədər müntəzəm olacaq və hər görüş ictimai bəyanatlarla bitmir", - Leşşenko qeyd edib.

O, əlavə edib ki, Ukrayna və Amerika nümayəndə heyətlərinin görüşü iki mövzuya aid olub.



Sizin reklam burada
Sizin reklam burada