"Sülh müqaviləsi qısa bir zamanda imzalana bilər"- Rasim Musabəyov

"Sülh müqaviləsi qısa bir zamanda imzalana bilər"- Rasim Musabəyov
19:08

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi qısa bir zamanda imzalanması üçün tamamlana bilər."

Milli Məclisin deputatı Rasim Musabəyov  bunu News365.az-a açıqlamasında deyib. 

"Paşinyanın yanaşması reallıqdan uzaq deyil. Bəzi bəndlər var ki, tərəflər arasında münaqişəli mövzudur. Ermənistan tərəfi bu məsələlərdə güzəştli mövqe tutmalıdır. Hiss olunur ki, Nikol Paşinyan buna meyillidir. Böyük çətinlik yaradan məsələ Ermənistanın qanunvericiliyində və konstitusiyasında Azərbaycan ərazisinə olan iddialarıdır. Onlar aradan götürülə bilər, bu şəkildə ki, Ermənistan öhtəlik götürür ki, dəyişiklikləri etsin. Bu zaman sənədin imzalanması mümkündür. Sadəcə olaraq biz anlamalıyıq ki, müqavilənin imzalanması ilə işlər tamamlanmır.  Bunun ardınca radivikasiya presedurları həyata keçirilməlidir və bu proses sürətlə getməyə bilər. "

Xatırlatmaq istəyirəm ki, Ermənistanla Türkiyə arasında imzalanan sülh protokolları indiyənə qədər təsdiqlənməmiş şəkildə qalır. Ona görə də öhtəliklər götürməlidir və bunun çərçivəsində işlər görülməlidir."

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər