Türkiyəyə 19 milyonluq qızıl boyunbağı aparmaq istədilər

Türkiyəyə 19 milyonluq qızıl boyunbağı aparmaq istədilər
15:32

Qroznı hava limanından uçan bir neçə qadın iki kiloqram çəkisi olan 999 karatlıq qızılı qaçaqmalçılıq yolu ilə gömrükdən keçirməyə cəhddə şübhəli bilinirlər. Bu barədə Rusiya Federal Gömrük Xidməti özünün rəsmi Telegram kanalında məlumat yayıb.

Sərnişinlər Türkiyəyə getməyi planlaşdırırlarmış. Lakin “yaşıl” dəhlizdən keçərkən qadınların boyunlarına iri qızıl zəncir taxmaları məlum olub.

“Ekspertiza boyunbaqların 99,5%-nin 999 karatlıq qızıldan olduğunu müəyyən edib”, - paylaşımda yazılıb.

Hüquq-mühafizə orqanları ilə söhbətində qadınlar bildiriblər ki, bunlar onların şəxsi zinət əşyalarıdır və bu əşyaların daşınmasına dair xüsusi qaydaların olmasından xəbərləri yoxdur. Gömrükçülər zəncirlərin qızıl-zinət əşyası olmadığını, onların əldə düzəldildiyi - yəni sadəcə qızılların əridilib zəncir halına salındığını müəyyən ediblər. Məhsulların dəyəri 19 milyon rubl təşkil edir.

Tural