Ermənistan hakimiyyəti baş nazir Nikol Paşinyanın Vaşinqton səfəri çərçivəsində ABŞ prezidenti Donald Tramp ilə görüşünü təşkil etməyə çalışsa da, bu cəhdlər nəticəsiz qalıb.
News365.az xarici mediaya istinadən xəbər verir ki, görüşün baş tutması üçün Ermənistanın Xarici İşlər Nazirliyi və bir sıra pro-erməni respublikaçı senatorlar səylər göstərsə də, onların cəhdləri uğursuz olub.
Bundan əlavə, "Hraparak" qəzetinin məlumatına görə, ABŞ-da yaşayan erməni diasporunun böyük bir hissəsi də Paşinyanla görüşməkdən imtina edib.