Macarıstan: "Aİ-nin Ukrayna strategiyası dəhşətli və faciəlidir”

Macarıstan: "Aİ-nin Ukrayna strategiyası dəhşətli və faciəlidir”
13:05

Avropa İttifaqının (Aİ) Ukrayna strategiyası Kiyev üçün istənilən nəticələri verə bilmədiyi üçün “dəhşətli və faciəli” olduğunu sübut etdi. Bunu İspaniyanın “El Debate” qəzetinə müsahibəsində Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto deyib.

O qeyd edib ki, Avropa İttifaqı Ukraynadakı müharibə ilə bağlı dəhşətli və faciəli strategiya seçib. 

Siyarto xatırladıb ki, Qərb Ukraynaya silah və pul göndərdi, Moskvaya qarşı sanksiyalar tətbiq etdi və bu, Aİ ilə Rusiya arasında münasibətləri “öldürdü”. Lakin bu cür siyasətin nəticəsi sıfıra bərabər oldu.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bəyan etmişdi ki, Avropa Komissiyası enerji təhlükəsizliyi ilə bağlı verdiyi zəmanətləri yerinə yetirməsə, altı ay ərzində Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoyacaq.

Tural