Babək prospektində məhdudiyyət tətbiq edilib

Babək prospektində məhdudiyyət tətbiq edilib
01 Fev 2025 13:37

Nizami rayonu, Babək prospekti, ( Baku Medical Plazanın yaxınlığında) aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

Bu barədə News365.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə yenidən məhdudiyyət qoyulub. Nəqliyyatın hərəkəti köməkçi yolla təşkil edilib.


Sizin reklam burada
Sizin reklam burada