Türkiyədə kütləvi meşə yanğınları tüğyan edir.
News365.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın artıq ölkənin 10-dan çox vilayətini bürüyüb.
Çanakkale, Balıkesir, İzmir, Manisa, Aydın, Muğla, Antalya, Mersin və Adana vilayətlərinin sakinlərinin mobil telefonlarına meşə yanğınları ilə bağlı bildirişlər göndərilib.
Təbii fəlakətlə mübarizəyə bir neçə min nəfərlik canlı qüvvə, mindən çox yerüstü və hava texnikası cəlb edilib.
Yanğınlar ölkənin cənub-qərbindəki kurort zonalarını əhatə edib. Bəzi əsas avtomagistrallarda nəqliyyatın hərəkəti dayandırılıb. Ehtiyat tədbiri olaraq Muğla vilayətində Seydikəmər xəstəxanası təxliyə edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vətəndaşları yeni meşə yanğınlarının qarşısını almaq üçün avqust və sentyabr aylarında maksimum ehtiyatlı olmağa çağırıb.







