Türkiyədə marketin qarşısından oğurluq olundu - Kameraya düşdü

Türkiyədə marketin qarşısından oğurluq olundu - Kameraya düşdü
13:15

İstanbulun Avcılar rayonunda bir qadın marketin qarşısındakı dondurma dolabından üç qutu dondurma oğurlayıb.

News365.az-ın məlumatına görə, hadisə Mustafa Kamal Paşa məhəlləsində baş verib. Kimliyi hələ müəyyənləşməyən qadın dolabın qapağını açaraq üç qutu dondurmanı əlindəki paketə qoyub.

O anları müşahidə edən market sahibi qadını saxlayaraq yanına çağırıb və qadının paketindən iki qutu dondurmanı geri alıb. Daha sonra içəri keçən sahibkarın bu hərəkətindən sonra qadın fürsətdən istifadə edərək yenidən dolabın qapağını açıb və bir qutu daha dondurma götürərək ərazidən uzaqlaşıb.

Hadisə marketin təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə qeydə alınıb. Olayla bağlı hüquq-mühafizə orqanlarına şikayət olunub-olunmadığı barədə hələlik məlumat verilməyib.


Sizin reklam burada
Sizin reklam burada