Türkiyə parlamentində İLK İCLAS - yeni komissiya

Türkiyə parlamentində İLK İCLAS - yeni komissiya
19:29

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “Terrorsuz Türkiyə” parlament komissiyasının avqustun əvvəlində fəaliyyətə başlayacağını açıqlayıb.

News365.az xəbər verir ki, onun sözlərinə görə, komissiyanın tərkibinə əsasən müxtəlif siyasi qüvvələrin parlamentdəki fraksiyalarından 51 deputat daxil olacaq. TBMM-də qrupu olmayan partiyalar müzakirələrdə bir deputatla təmsil olunacaq.

Komissiyanın yekun tərkibi iyulun 31-dək müəyyən ediləcək.

Komissiya həftədə azı 4 dəfə yığışacaq.


Sizin reklam burada
Sizin reklam burada