İngiltərədə oğru girdiyi evi səliqəyə salıb, sahibəyə yemək hazırladı

İngiltərədə oğru girdiyi evi səliqəyə salıb, sahibəyə yemək hazırladı
04 Okt 2024 15:45

İngiltərədə maraqlı oğurluq hadisəsi baş verib. Daily Star-ın yaydığı məlumata görə, naməlum şəxs bir qadının evinə girdikdən sonra evdə evi təmizləyib.

Saytın məlumatına görə, sonradan məlum olub ki, bu, 36 yaşlı Damian Voyniloviç olub. O, qadının evinə girərək burada bir sıra ev işləri görüb.  təmizlik işləri aparıb, paltarları asıb və soyuducuya alış-veriş edib: "Oğru həmçinin quşun yemliklərini doldurub, çiçəkləri sulayıb və yemək də bişirib".

Ev sahibinin qonşusu bildirib ki, tanımadığı şəxs həyətə çıxanda onu görüb və bu onun narahatlığına səbəb olub. Qonşu qadına zəng edərək naməlum şəxsin evə girdiyini deyib. Daha sonra polisə müraciət olunub. Damian həbs olunub və qadın məhkəməyə bəyan edib ki, o, artıq evində qalmaqdan qorxar. Narahatlıq içində yaşadığını söyləyən ev sahibəsi dəstək üçün ailə və dostlarına müraciət etmək məcburiyyətində qaldığını vurğulayıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər