Türkiyə Dəməşq aeroportunu bərpa edir - VİDEO

Türkiyə Dəməşq aeroportunu bərpa edir - VİDEO
17 Fev 2025 10:37

Türkiyənin 25 nəfərdən ibarət texniki heyəti Dəməşq Hava Limanının bərpası üçün Suriyaya yola düşüb.

News365.az-ın Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.

Bildirilib ki, Suriya hava məkanında uçuşların təhlükəsiz həyata keçirilməsini təmin etmək üçün bölgəyə 6 ədəd TIR-la 113 nəqliyyat vasitəsi, cihaz və sistem göndərilib. Bununla da bərpa prosesi ilə bağlı işlərə başlanılıb.

Qeyd edək ki, Suriyada hakimiyyət dəyişikliyindən sonra Dəməşq hava limanı yanvarın 7-də fəaliyyətini bərpa edib. Türkiyə Hava Yolları (THY) da ötən aydan Suriyaya uçuşları bərpa edib.

Xatırladaq ki, uçuşlar bərpa edilməmişdən öncə THY Suriyaya son uçuşunu 31 mart 2012-ci ildə həyata keçirib. Buna səbəb ölkədəki daxili iğtişaşların qarşısını almaq olub.



Sizin reklam burada
Sizin reklam burada