Türkiyə ABŞ-Yunan müqaviləsinə qarşı çıxıdı

Türkiyə ABŞ-Yunan müqaviləsinə qarşı çıxıdı
13:15

Türkiyə Yunanıstanın Krit adasının cənubunda karbohidrogen yataqlarının kəşfiyyatı ilə bağlı Amerika nəhəngi “Şevron”la razılaşmasına qarşı çıxıb.

News365.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Ankara bu addımın beynəlxalq hüquqa və mehriban qonşuluq münasibətlərinə zidd olduğunu bildirib:

“Türkiyə Müdafiə Nazirliyinə görə, bu fəaliyyət Türkiyə-Liviya arasında dəniz yurisdiksiyası haqqında 2019-cu il memorandumunun pozulması ilə həyata keçirilib. Bu işlər Türkiyənin kontinental şelfinə birbaşa təsir etməsə də, BMT-yə bəyan edildiyi kimi, Liviyanın dəniz hüquqlarını pozur”.

Qeyd edək ki, “Şevron”la bağlanan müqavilə Yunanıstanın dənizdə qaz kəşfiyyatı imkanlarını genişləndirir və AB-nin Rusiyanın enerji ehtiyatlarından asılılığını azaltmaq səylərinin bir hissəsidir.


Sizin reklam burada
Sizin reklam burada