Səudiyyə Ərəbistanı “Arab Light” neftinin Barel qiymətini rekord dəviyyədə yüksəltdi

Səudiyyə Ərəbistanı “Arab Light” neftinin Barel qiymətini rekord dəviyyədə yüksəltdi
14:07

Səudiyyə Ərəbistanı may ayında Asiyaya ixrac ediləcək “Arab Light” neftinin qiymətini əhəmiyyətli dərəcədə artırmaq qərarına gəlib.

News365.az xəbər verir ki, məlumatı "Bloomberg" agentliyi yayıb və açıqlama dövlətə məxsus Saudi Aramco tərəfindən verilib.

Şirkətin açıqlamasına görə, may ayı üçün neftin qiyməti barel başına 17 dollar yüksələcək. Bu, Oman/Dubay xam neft səbəti ilə müqayisədə barel üçün 19,5 dollar daha yüksək qiymət deməkdir.

Ekspertlər bildirirlər ki, bu artım regiondakı hərbi gərginlik və təchizat riskləri fonunda rekord səviyyədir və Asiya bazarında neftin qiymətinə əhəmiyyətli təsir göstərəcək.

News365.az


Sizin reklam burada
Sizin reklam burada