“Rusiya Cənubi Qafqazda təsirini saxlamağa çalışır” - Politoloqdan şərh

“Rusiya Cənubi Qafqazda təsirini saxlamağa çalışır” - Politoloqdan şərh
14:00

“Rusiya Cənubi Qafqazda təsirini saxlamağa çalışır”.

Siyasi şərhçi Samir Əsədli  News365.az-a açıqlamasında bildirib ki, Rusiya Cənubi Qafqazdakı təsirini qorumaq məqsədilə hələ də planlarını davam etdirir.

Ekspertin sözlərinə görə, Moskva “Qarabağ kartı”ndan istifadə edərək Ermənistanda keçiriləcək seçkilərdə öz maraqlarına uyğun qüvvələri dəstəkləmək niyyətindədir.

Lakin S. Əsədli vurğulayıb ki, Ermənistanın hazırda müharibə şəraitində olmaması və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının himayəsinə ehtiyac duymaması ölkə rəhbərliyinə daha müstəqil qərarlar verməyə imkan yaradır.

Onun fikrincə, rəsmi Bakı tərəfindən verilən xəbərdarlıqlar Ermənistan rəhbərliyinə göstərir ki, Azərbaycan torpaqlarının işğalı uzun müddətli perspektivdə Ermənistanın suverenliyi üçün ciddi risklər yaradıb.

Ekspert əlavə edib ki, bu səbəbdən Ermənistan artıq əvvəlki illərdə olduğu kimi Azərbaycanın əraziləri üzərində siyasi təzyiq vasitəsi kimi hərəkət edə bilmir və regionda balansın qorunması baxımından rəsmi Bakının mövqeyi önəmli rol oynayır.

 News365.az


Sizin reklam burada
Sizin reklam burada