Nə billah eləyiriksə
əcnəbi turistlər ölkəmizə gəlmir. Təkcə ölkəmizin turizm potensialının təşviqi
üçün Dövlət Turizm Agentliyi hər il milyonlarla pul dağıdır. Avstraliyadan
tutmuş Amerikaya, Amerikadan Argentinaya, Argentinadan Yaponiyaya qədər nə qədər
bloger, infunserə ətək-ətək pul paylayırlar ki, ölkəmizi reklam edin, turist gəlsin.
Amma heç nə
dəyişmir. Aybaay gələn turustlərin sayı azalır.
Di gəl ki,
qonşu ölkələr turizm hesabına qaz vurub, qazan doldurur.
Mövzu ilə
bağlı danışan iqtisadçı Natiq Cəfərli deyir ki, 2026-cı ilin birinci
kvartalında (yanvar-mart) Azərbaycana gələn turist sayı, 2025-ci ilin eyni
dövrü ilə müqaisədə 5%-ə yaxın azalıb, cəmi 484 min turist səfər edib:
“Gürcüstana
eyni dövrdə 998, yəni, təxminən, 1 milyon turist səfər edib – bu keçən ilin eyni
dövrü ilə müqaisədə 4% daha çoxdur.
Eyni dövrdə
Ermənistana 454 min turist gəlib, bu keşən ilin 1-ci kvartalı ilə müqaisədə
18,2% çoxdur və ümumiyyətlə, 1991-ci ildən üzü bəri Ermənistanda 1-ci rübdə heç
vaxt bu qədər turist olmayıb, bu rekord göstəricidir.
Quru sərhədlərin
mənasızcasına bağlı olması ölkəmizin iqtisadi durumuna, turizm sahəsinə ciddi mənfi
təsir göstərir. Tbilisiyə dəmir yolunun açılması bu vəziyyəti düzəltmir –
çünki, gündə cəmi 1 səfər edən qatar turizmə, iqtisadiyyata heç cür təsir edə
bilməz.
Bu inadı
bitirmək, bu daşı ətəkdən tökmək, sərhədləri açmaq lazımdır – bu ölkə
iqtisadiyyatına müsbət təsir etməklə yanaşı, Azərbaycanın investisiya imicinə də
yaxşı impuls verə bilər... “
News365.az