Elon Mask Donald Tramp tərəfindən vəzifəyə təyin olunan gün yazmışdım ki, Trumpın bu təyinatı uğursuz olacaq.
Çünki, dövlət maliyyəsi və büdcə idarəçiliyi özəl sektor idarəçiliyindən köklü şəkildə fərqlənir.
Odur ki, Elon Mask bunu bacarmayacaq. (Geniş əsaslandırığım həmin paylaşımın linkini və ekran görüntülərini şərh bölməsində yerləşdirəcəm. İstəyənlər baxa bilər.)
Bu gün isə dediklərim bir daha tam təsdiqini tapdı. Cəmi 4 ay sonra, yəni may ayında Elon Mask istehfa verdi. Bu gün isə onun üçün yaradılmış "Hökumətin Səmərəliliyinin Artırılması" Departamenti artıq fəaliyyətini rəsmən dayandırdı və bir struktur kimi tam ləğv olundu.
Hələ digər bir proqnozum da özünü doğruldacaq. Bu Trumpın tarif siyasəti ilə bağlıdır. Gec-tez onun tarif siyasəti də uğursuzluğa düçar olacaq.