ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiyaya səfərə yollanıb.
News365.az xəbər verir ki, “Flightradar” məlumatlarına görə, Uitkoffun olduğu ehtimal edilən təyyarə Sankt-Peterburqa enib.
Məlumata görə, o, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
ABŞ Dövlət Departamenti səfərlə bağlı məlumatı şərh etməyib.