Amerika lideri planlı tibbi müayinədən sonra əla vəziyyətdədir.
News365.az “Röyters”ə istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın şəxsi həkimi Şon Barbella deyib.
“Prezident Tramp əla koqnitiv və fiziki sağlamlıq nümayiş etdirir və baş komandan və dövlət başçısı kimi xidmət etməyə tam hazırdır”, - o bildirib.
Xatırladaq ki, aprelin 11-də Tramp illik tibbi müayinə zamanı koqnitiv testdən keçdiyini bildirmişdi. Müayinənin nəticələri hazır olduqda ictimaiyyətə açıqlanacaq.