Azərbaycanın regional və qlobal nüfuzu son illərdə nəzərəçarpacaq dərəcədə artmaqdadır. Bu artan rol, xüsusilə Cənubi Qafqazda və yaxın regionda ölkənin mövqeyini gücləndirib.
News365.az-a açıqlama verən politoloq Mübariz Göyüşlü bildirib ki, ABŞ-da Tramp administrasiyasının hakimiyyətə gəlməsi Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər. Onun sözlərinə görə, əvvəlki – Bayden administrasiyası dövründə tətbiq edilən yanlış siyasət nəticəsində ikitərəfli münasibətlərdə müəyyən gərginliklər müşahidə olunub.
“Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan haqlı mövqeyindən geri çəkilmədi. Trampın yenidən hakimiyyətə gəlməsi ilə əlaqədar olaraq, biz gözləyirdik ki, münasibətlərdə yeni xətt formalaşacaq. ABŞ-ın yeni rəhbərliyi Azərbaycanın Cənubi Qafqazda və dünyada artan rolunu düzgün dəyərləndirərək sağlam münasibətlərin qurulmasına çalışacaq”, – deyə politoloq qeyd edib.