Trampın növbəti hədəfi NATO-dur- TƏHLİL

Trampın növbəti hədəfi NATO-dur- TƏHLİL
07 Mar 2025 09:44

ABŞ prezidenti Donald Tramp bəzi məsələlərdə çox qətiyyətli görünür. Həmin məsələlərdən biri də NATO-ya üzvlükdür. O seçki öncəsi bəyan etmişdi ki, bir sıra Beynəlxalq təşkilatlardan və o cümlədən də NATO-dan ABŞ-ı çıxardacaq. Bunu da onunla əsaslandırmışdı ki, bu təşkilatlar Amerika xalqının qazancı hesabına ayaqda qalır.

Əslində Trampın dediklərində böyük həqiqət var. Məsələn, NATO-nun illik büdcəsinin yarıdan çoxunu ABŞ qarşılayır. Əksər üzv dövlətlərsə ya üzvlük haqqı ödəmir, ya da çox cüzi ödəniş edir. Halbuki, üzv dövlətlərin ödəniş etmələri ilə yanaşı hər il silahlanmaya daha çox büdcə ayırmaları da vacib sayılır. Məsələn, NATO üzvü olan dövlətlərin silahlanmaya ÜDM-in 2%-lik xərclər səviyyəsi 10 il əvvəl etalon kimi qəbul edilib. Lakin, bəzi dövlətlər bunu etmir. Ona görə də Tramp NATO-ni Amerikaya yük hesab edir.

Baxmayaraq ki, hazırda əsas məsələ Ukrayna – Rusiya münaqişəsinin həllidir. Bundan sonra isə Tramp NATO-ya üzvlük məsələsini gündəmə gətirəcək. Təsadüfi deyil ki, örtən gecə ABŞ prezidenti jurnalistlərin suallarını cavablandırarkən Ukraynadakı müharibə və Avropada Rusiya ilə qarşıdurma ilə bağlı bir sıra açıqlamalar verib. Eləcə də NATO ilə bağlı iradlarını bildirib.

Nəzərə alaq ki, bu, Trampın ABŞ-ın digər NATO ölkələrini müdafiə etmək öhdəliyini şübhə altına aldığı ilk hal deyil.

“Əgər pul verməsələr, mən onları müdafiə etməyəcəyəm” deyə Tramp söyləyib. Çünki,  NATO ölkələri üzvlük haqlarına pul ödəmir, lakin öz müdafiə imkanlarını daha yaxşı maliyyələşdirməyə çalışırlar. Halbuki, bir çox alyans ölkələrinin bu məqsədlər üçün kifayət qədər vəsait ayırmadığı hər kəsə məlumdur.

News365.az


Sizin reklam burada
Sizin reklam burada