Trampdan sonra Fox News-un aparıcısı da Kanadanın işğalını arzuladı

Trampdan sonra Fox News-un aparıcısı da Kanadanın işğalını arzuladı
08 Yan 2025 12:48

Xəbər verdiyimiz kimi ABŞ ilə Kanada hökuməti arasında siyasi qalmaqal davam edir.

Fox News-un aparıcısı Cessi Uotters ABŞ lideri Donald Trampın Kanadanı ölkənin əyalətinə çevirmək istəyinə maraqlı şəkildə reaksiya verib. O, Vaşinqtonun Kanadanı işğal etməklə "imperialist susuzluğunu yatırtmaq" istədiyini söyləyib.

“Onların (Kanadanın - red.) bizim bu ölkəni ələ keçirməyimizi istəməmələri məni yeni işğala məcbur edir... Mən imperialist susuzluğumu yatırmaq istəyirəm”, - o vurğulayıb.

Yanvarın 8-də Tramp özünün Truth Social səhifəsində ABŞ-nin Kanada ilə bir ölkə olduğunu əks etdirən iki xəritəni paylaşmışdı.

Birinci xəritədə Kanada ərazisi Amerika bayrağının rənglərində, ikinci xəritədə isə Kanada ABŞ ərazisi ilə eyni rəngdə göstərilir. 


Tural


Youtube kanalımız