ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi rüsumlar səbəbindən minlərlə idxal olunan avtomobil ABŞ-dəki limanlarda "ilişib" qalıb. Bu barədə "Financial Times" məlumat yayıb.
Nəşr qeyd edir ki, şirkətlər bu yolla ABŞ bazarında artan ticarət müharibəsinin mənfi nəticələrini azaltmağa çalışırlar. "Avtomobil brendləri maşınların dilerlərə çatdırılmasını gecikdirir ki, bu da nəticə etibarı ilə ölkə limanlarında xarici avtomobillərin tıxacını yaradır", - "Financial Times" yazıb. Müəllif qeyd edib ki, onların buraxılış sənədləri tezliklə vaxtını itirə bilər.
Bu arada logistika şirkətləri xaricdən gətirilən avtomobillərə tətbiq edilən rüsumların uzun sürməyəcəyinə ümid edirlər.
Aprelin 2-də Tramp 185 ölkə üçün idxal tariflərinin yeni sistemini tətbiq edib. Tariflərin baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə xeyli yüksək olub. Çin üçün 34, Vyetnam üçün 46 və Avropa İttifaqı üçün 20% rüsum tətbiq edilib. Buna cavab olaraq Çin də Amerika mallarına 34% rüsum tətbiq etdi. Dünya liderləri Trampın qərarını pisləyərək qisas alacağı ilə hədələyiblər.
Tural