Tramp tanınmış teleaparıcını təhqir etdi: “Ən istedadsız insandır”

Tramp tanınmış teleaparıcını təhqir etdi: “Ən istedadsız insandır”
11:46

ABŞ Prezidenti Donald Tramp teleaparıcı Set Meyersi təhqir edib.

 Ağ Evin sahibi “Truth Social” səhifəsində onun ünvanına sərt fikirlər səsləndirib.

ABŞ lideri Meyersin yəqin ki, “tarixdə televiziyada işləmək üçün ən istedadsız insan” olduğunu deyib.
 

“Mən ötən gecə onun şousuna illərdən sonra ilk dəfə baxdım. Heç bir istedad, reytinq yoxdur, tamamilə Trampın əleyhinədir”, o qeyd edib.


Xatırladaq ki, amerikalı teleaparıcı Set Meyers NBC kanalında çalışır.

O, “Late Night with Seth Meyers” adlı gecə şousunun aparıcısıdır. Bu veriliş 2014-cü ildən etibarən NBC-də yayımlanır və ABŞ-da məşhur “Late Night” proqram seriyasının davamıdır.


Sizin reklam burada
Sizin reklam burada