ABŞ Prezidenti Donald Trump Çin Xalq Respublikasına planlaşdırılan səfərini təxirə salıb.
News365.az xəbər verir ki, Tramp bu qərarı İranla davam edən müharibə fonunda ABŞ-ın xarici siyasət gündəliyinin dəyişməsi ilə izah edib. Onun sözlərinə görə, Pekində Çin Prezidenti Xi Jinping ilə keçirilməsi gözlənilən görüş daha sonrakı tarixə keçiriləcək.
Məlumata görə, səfər dünyanın iki ən böyük iqtisadiyyatı arasında gərginliyin azaldılmasına yönəlmiş mühüm addım hesab olunurdu. Lakin İranla münaqişə bu prosesi ləngidib və Vaşinqtonun prioritetlərini dəyişib.