ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Fox News” telekanalının jurnalisti Temmi Bryusun Dövlət Departamentinin mətbuat xidmətinin yeni rəhbəri olacağını açıqlayıb.
News365.az xəbər verir ki, Tramp bu haqda cümə günü “Truth” hesabında yazıb.
“Temmi Bryusun Dövlət Departamentinin mətbuat katibi kimi dövlət katibi Marko Rubioya qoşulacağını elan etməkdən şərəf duyuram. Taemmi mediada uzun müddət işləməkdədir və iyirmi ildən artıqdır ki, Amerika vətəndaşlarına həqiqəti çatdırır. Əminəm ki, o, eyni gücünü və qorxmaz ruhunu yeni vəzifəsinə də gətirəcək", - Tramp bildirib.
Qeyd edək ki, Hazırda ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri postunu Metyu Miller tutur.