KXDR bu ilin ilk ballistik raketini buraxdı

KXDR bu ilin ilk ballistik raketini buraxdı
06 Yan 2025 09:45

Şimali Koreyanın atdığı raket Yaponiyanın Yapon dənizindəki iqtisadi zonasının yaxınlığına düşüb.  Bu barədə NHK telekanalı məlumat yayıb.

Nəşr qeyd  edib ki, bu buraxılışdan Yaponiyaya dəyən zərər barədə hələlik məlumat yoxdur.  Yapon patrul gəmiləri bölgədəki gəmiləri raket qalıqlarına yaxınlaşmamağa və aşkar etdikdə səlahiyyətlilərlə əlaqə saxlamağa çağırıb.

KXDR tez-tez ballistik raketlər atması ilə diqqət çəkir.

Pxenyan sonuncu dəfə 2023-cü il noyabrın 5-də raket buraxıb.

Yaponiyada narahatlığa səbəb olan bu raket isə 2025-ci ildə buraxılan ilk raketdir.

Noyabr ayında G7 xarici işlər nazirləri Şimali Koreyanın raket sınaqlarını pisləMişdilər. Rəsmilər Pxenyanın qeyri-qanuni nüvə və raket arsenalını fasiləsiz genişləndirməyə davam etdiyini bildiriblər.

Tural


Youtube kanalımız