Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilovadan danışıb.
Rus mediasına müsahibə verən müğənni xanımı ilə bağlı bunları deyib:"Alyonasız həyatı sınadım. Bir il ayrı qaldıq. Həyatda nəyim çatmırsa ondan alıram. Yeganə insandır ki, sözün yaxşı mənasında məni iş, biznes, musiqi kimi şeylərin müzakirə olunmadığı yerə yönləndirə bilir. Mənim ən yaxşı dostum, tərəf müqabilimdir".
Qeyd edək ki, Eminin Alyona ilə nikahından Afina adlı qız övladı var.