ABŞ-nin dövlət katibi Entoni Blinken diqqət çəkən açıqlamalar verib. O, deyib ki, Ukrayna Silahlı Qüvvələrinin (VSU) Kursk vilayətində tutduğu mövqelər istənilən potensial danışıqlarda həlledici rol oynayacaq. Blinken Kiyevin Rusiyanın məlum regionundakı əks-hücumlarına dair son cəhdlərini də şərh edib.
ABŞ dövlət katibi bildirib ki, prezident Cozef Baydenin kürsüləri təhvil verən administrasiyası “Ukraynanın siyasi oyunlar üçün ən güclü ələ malik olmasını” təmin etmək istəyir.
"Onların Kursk bölgəsindəki mövqeyi vacibdir. Çünki təbii ki, bu, baş tuta biləcək istənilən danışıqlarda nəzərə alınacaq bir şeydir", - ABŞ dövlət katibi deyib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural