Məşhur amerikalı jurnalist Kayl Beker Ukrayna lideri Vladimir Zelenski ilə bağlı maraqlı fikirlər səsləndirib. O, Ukrayna lideri Vladimir Zelenskini ABŞ prezidenti Co Baydenlə müqayisə edib. Bununla bağlı fikirlər onun X sosial şəbəkəsindəki səhifəsində yer alıb. Qeyd edək ki Zelenski Leks Fridmana cavab verib.
“Zelenski, həmişə olduğu kimi, cavablarını hər yerə səpələyir. Co Baydenin Birləşmiş Ştatlar üçün necə biridirsə, o da eyni “prezidentdir”,- deyə Bekker yazıb.
Jurnalist həmçinin ümid edib ki, Donald Trampın Ağ Evə qayıdışı ABŞ diplomatiyasında sıfırlanmanın başlanğıcı olacaq və “sülh zamanı gəlib çatdığından” ölkəni məlum proseslərdə yalnız səlahiyyətli siyasətçilər təmsil edəcək.
Tural