Almaniya Ukraynaya yardımı AZALDACAQ

Almaniya Ukraynaya yardımı AZALDACAQ
06 Yan 2025 11:01

Almaniya 2024-cü illə müqayisədə Ukraynaya iqtisadi və hərbi yardımı azaldacaq.

News365.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının hesabatında deyilir.

Məlumata görə, tədqiqat institutu Berlinin Kiyevə dəstəyini davam etdirəcəyini , lakin daha kiçik miqyasda olduğunu vurğulayıb.

“Rusiya və Dünya: 2025” illik proqnozunda Almaniyanın Ukraynaya təxminən 40 Leopard 1 tankı,15 İRIS-T orta və qısa mənzilli zenit-raket kompleksi, həmçinin Gepard özüyeriyən zenit-raket kompleksi təhvil verəcəyi bildirilib.

Qeyd olunub ki, Berlin Ukraynaya ikinci ən böyük yardım donorudur. 


Youtube kanalımız