Ötən gün Sumqayıtda zəhərlənmə hadisəsi baş verib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
“Yanvarın 5-i saat 01:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 4 nəfər, Uşaq Xəstəxanasına isə 1 nəfər hospitalizasiya olunub.
Dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, onlar ambulator müalicə üçün evə buraxılıblar”, - məlumatda bildirilib.