AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində xəsarət alan sərnişin Leyla Omarova komadan ayılıb.
News365.az xəbər verir ki, bu barədə Globalinfo.az-a L.Omarovanın yaxınları məlumat verib.
Bundan başqa, Leylanın qohumları komadan oyandıqdan sonra atası ilə olan görüntülərini bizimlə bölüşüblər.
Leyla Omarova atası üçün darıxdığını bildirib:
Həmin görüntüləri təqdim edirik: