“2024-cü ilin sonundan etibarən xamneftin emal
həcmi ildə 13 milyon tona çatdırılıb. Beləliklə 2023-cü ildə istehsal gücündən
istifadə əmsalı 117,1% təşkil edib”.
News365.az-ın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, STAR Neft Emalı Zavodu (NEZ) 19 oktyabr
2018-ci il tarixində beynəlxalq mərasimlə fəaliyyətə başlayıb:
“STAR NEZ,
emal və neft-kimya inteqrasiyasını təmin edir və Türkiyədə tək nöqtəyə edilən ən
böyük real sektor investisiyasıdır. STAR NEZ, Türkiyənin ilk “Strateji
İnvestisiya Təşviqi” Sertifikatına sahibdir. Müəssisədə dizel, nafta, aviasiya
yanacağı və LPG kimi müxtəlif neft məhsulları istehsal edilir. 2023-cü ildə
Türkiyənin emal olunmuş neft məhsullarına olan ehtiyacının təxminən 18%-ni bu müəssisə qarşılayıb. STAR NEZ-in istehsal
etdiyi illik nafta ilə Petkimin xammal ehtiyacı demək olar ki, tam olaraq ödənilir.
Şirkət 2021-ci ildə Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network”
platformasına qoşulan ilk neft emalı zavodu olub. STAR NEZ Egey Zonası Sənaye Palatasının (EBSO)
2023-cü il üzrə 100 Ən Böyük Şirkət siyahısında birinci yerdə qərarlaşıb. İstanbul Sənaye Palatası tərəfindən hazırlanan
“Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi” 2023 Araşdırması'nda STAR NEZ
üçüncü yeri tutub. “Capital” jurnalının hər il Türkiyənin ən böyük şirkətlərini
açıqladığı “Capital 500” siyahısında STAR NEZ 2023-cü ildə 11-ci yerdə qərarlaşmışdı.
Şirkət Türkiyənin ən yaxşı 500 şirkətinin sıralandığı prestijli “FORTUNE 500
Türkiyə 2023 Araşdırması”nda 11-ci yeri tutub”.
News365.az